“ABŞ-nin İrana irəli sürdüyü şərtlər əslində İsrailin tələbləridir” - AÇIQLAMA
"ABŞ və İran hələlik müharibə etmək niyyətində olmadıqlarını göstərirlər. Əgər razılaşma tam olaraq icra olunmasa, İran Amerikanın şərtlərini yerinə yetirməsə, Amerika da bu məsələdə öz mövqeyini axıra qədər saxlamasa, müharibə riski yarana bilər. Amma hələ ki, bu müharibə dayandırılıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov səsləndirdi.

O qeyd etdi ki, ABŞ Prezidenti Donald Trampın Konqresdən aldığı 60 günlük icazə müddəti bitib:
"Eyni zamanda İranın potensial imkanları zəifdir. Demək olar ki, İranın silah arsenalı ciddi şəkildə azalıb. Məsələdə İsrail faktoru da var. İsrail nə edəcək? Yenidən İrana qarşı hərbi hücumları davam etdirəcəksə, qarşılığı necə olacaq, İranın reaksiyası nə olacaq — bunlar da önəm daşıyır. Əslində, şərtlər İsrailindir, Amerika isə həmin şərtləri irəli sürür. Əgər İsrailin istədiyi şərtlər qəbul olunmayacaqsa, mən düşünmürəm ki, İsrail oturub sakitcə seyr etsin. Yəni böyük ehtimalla yeni bir həmlə etmək niyyətinə düşə bilər".
Aytəkin TOFİQQIZI













