"Paşinyan Rusiyanın onu cəzalandıracağından qorxur" - AÇIQLAMA
Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin liderlərinin görüşündə iştirak etməyəcək. Ümumiyyətlə, Ermənistanın Rusiya ilə əlaqələrində müəyyən gərginlik və məsafələşmə hiss edilir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi ki, Avrasya İqtisadi Birliyi ölkə liderlərinin toplantısına Paşinyanın qatılmayacağı əvvəlcədən bəlli idi:

"O seçkiləri gərəkçə gətirərək bu toplantıya qatılmayacağını demişdi. Həmin gün həm də İrəvanda hərbi parad keçiriləcək. Bəzi şəxslər hərbi paradın Rusiya qarşı güc nümayişi, gövdə göstərisi olduğunu deyirlər. Təbii ki, həm də bu cəhət var. Amma bir şey bəllidir ki, Paşinyan seçkiqabağı proseslərdə Rusiya faktorunu çox qabardır. Amma ehtiyatı da əldən vermir. Son günlərdə Rusiya ilə bağlı ritorikası dəyişməkdədir. Paşinyan Rusiyanın onu cəzalandıracağından qorxur. Bu mənada Rusiya ilə münasibətlər tez-tez dəyişir".
NURİYYƏ













