Əli Əsədov Mixail Mişustinlə telefon danışığı APARDI
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
"Hökumət başçıları Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əsas istiqamətləri və bir sıra sahələrdə birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.
Tərəflər geniş istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında qarşılıqlı maraqlı olduqlarını təsdiq ediblər.













