İlham Əliyev Donald Trampa göndərdiyi hədiyyə üçün təşəkkür etdi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı "X" platformasında paylaşım edib:
"Hörmətli Prezident Donald Tramp, Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumu şəxsi yazınız və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi kimi göndərdiyiniz üçün Sizə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Bu düşüncəli jesti çox yüksək qiymətləndirirəm və ona ən yüksək hörmətlə yanaşıram".
Dear President Donald Trump, I would like to express my sincere gratitude to you for sending me, as a commemorative gift, the memorandum on extension of waiver of Section 907 of the Freedom Support Act, accompanied by your personal inscription and kind words. I greatly appreciate… pic.twitter.com/EeNgsziWs3
— Ilham Aliyev (@presidentaz) June 1, 2026













