"Tramp və Putin Zelenskiyə qarşı birgə mübarizə aparırlar" - Əziz Əlibəyli
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə atəşkəs şərtlərini müzakirə etmək üçün rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.
Bəs tərəflər arasında görüş mümkündürmü?
Politoloq Əziz Əlibəyli Redaktor.az-a açıqlamasında tərəflərin görüşməsi üçün mümkün ehtimalın olduğunu bildirdi.
Onun sözlərinə görə, Rusiyanın Ukrayna ilə belə bir görüşə ehtiyacı var.
"Avropanın Ukraynaya maliyyə yardımı ayırması və arxasında durmağa başlaması faktından sonra Amerika və Ukrayna Prezidenti Volodimir Zelenski arasında bir qarşıdurma yaranıb. Əslində Amerika Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Zelenskiyə qarşı birgə mübarizə aparırlar. Amma proses də göstərir ki, Zelenski Rusiya ilə olan bu birbaşa münasibətlərdə ABŞ-ni oyundan kənar vəziyyətə qoymağa çalışır. Görünür ki, Amerikanın mane olmasını artıq başa düşüblər", - deyə Əziz Əlibəyli qeyd etdi.
Aytəkin TOFİQQIZI













