Həmin saziş Ermənistan hakimiyyətinə dəstək vermək məqsədilə atılan addımdır - Fazil Mustafa DANIŞDI

 19:04 04.06.2026     574

Xəbər verdiyimiz kimi, Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıb.

Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, sazişin imzalanmasını bütün hallarda müsbət qiymətləndirir:

"Burada bilavasitə Ermənistan ərazisindən söhbət gedir və xəttin də oradan çəkilməsi əsas məsələdir. Ona görə də məncə, bu prosesin irəliləməsi üçün olduqca vacibdir və həm də seçki ərəfəsində görünür, Ermənistan hakimiyyətinə dəstək vermək məqsədilə atılan addımdır. Bütün hallarda bizim maraqlarımıza uyğun bir davranış olacağını ümid edirəm. Biz də öz tərəfimizdən istənilən dəstəyi verməliyik ki, bu proses sürətlənsin və yol açılsın".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən