"Paşinyan gözlədiyi qələbəni əldə edə bilmədi" - Qüdrət Həsənquliyev

 13:40 08.06.2026     2228

Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səslərin sayılmasını başa çatdırıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası - 49,81% (727 160 səs) səslə birinci yerdə qərarlaşıb.

Qonşu ölkədə keçirilən seçkiləri Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan təkbaşına hökumət formalaşdıra biləcək. 

Onun fikrincə, Paşinyanın qalib gəlməsi Ermənistan üçün çox əhəmiyyətli bir hadisədir:

"Amma güclü Rusiyayönümlü müxalifət olacaq. Hər halda ümid edirəm ki, Paşinyan sülh prosesini davam etdirə biləcək və Azərbaycanla sülh sazişi imzalanacaq. Mən bilmirəm indi onun gücü yetəcəkmi ki, konstitusiyanı dəyişsin, yoxsa yox. Hər halda ümid edək ki, proseslər bu istiqamətdə inkişaf edəcək. Paşinyan konstitusion çoxluq əldə edə bilmədi. Bu da onun işini xeyli dərəcədə çətinləşdirmiş olacaq. Bu baxımdan yaxın gələcək göstərəcək ki, Ermənistanda siyasi proseslər hansı istiqamətdə inkişaf edəcək. Hər halda Paşinyan gözlədiyi və arzuladığı qələbəni əldə edə bilmədi".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən