"Paşinyan qısa zamanda bunu həyata keçirəcək" - Deputatdan diqqətçəkən AÇIQLAMA

 16:53 08.06.2026     304

"Ermənistanda keçirilən seçkilərdə erməni seçicisi revanşistlərə, faşist ideologiyasına "yox" dedi və bildirdi ki, qonşu dövlətlərlə yaxşı münasibətlər şəraitində yaşamaq istəyir. Onların lideri, indiki və gələcək Ermənistanın Baş naziri Nikol Paşinyan da erməni cəmiyyətinin istəyini dilə gətirərək Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurmaq istədiyini bildirib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirdi.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurması üçün real şərtlər var:

"Ötən il sülh müqaviləsi paraflanıb və indi konstitusiyadan Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəa çıxarıldıqdan sonra qısa zamanda sülh müqaviləsi imzalana bilər. Sülh müqaviləsi təkcə ölkələr arasında sülhün bərqərar olması deyil, eyni zamanda sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və iki dövlət arasında mümkün olan bütün münasibətlərin həyata keçirilməsidir. Seçkidən sonra hakim partiyanın bunun üçün əlində həm hüquqi, həm də siyasi mandatı var. İnanmaq istərdik ki, Nikol Paşinyan və onun komandası qısa zamanda bunu həyata keçirəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən