"ABŞ İsrail-İran qarşıdurmasına birbaşa qoşulmaq niyyətində deyil" - AÇIQLAMA
Dünən İranın İsrailə hücum etməsi nəticəsində tərəflər arasında yenidən bir gərginlik yarandı. İranın hücumlarına cavab olaraq İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə genişmiqyaslı zərbələr endirib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, atəşkəsin pozulması genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ilə nəticələnməyə bilər:

"Lakin hər bir halda tərəflərin bir-birinə məhdud və müəyyən mənada qarşılıqlı xarakter daşıyan zərbələr endirməsi mümkündür. ABŞ isə hələlik bu prosesə birbaşa qoşulmaq niyyətində görünmür. Bununla belə, İranın yaxın günlər ərzində ABŞ ilə razılığa gələ bilməməsi və mümkün sazişin imzalanmaması vəziyyəti dəyişə bilər. Belə olan halda, ABŞ-nin daha genişmiqyaslı əməliyyatlara cəlb olunması ehtimalı yarana bilər ki, bu da İranın maraqlarına tamamilə zidd olan bir ssenaridir. Buna görə də hazırkı mərhələdə tərəflərin diplomatik kanalları açıq saxlamağa çalışdığı və gərginliyin tammiqyaslı müharibəyə çevrilməsinin qarşısını almağa üstünlük verdiyi müşahidə olunur".
NURİYYƏ













