"Azərbaycanın möhtəşəm tarixi qələbəsi öz başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürür"
"Heydər Əliyevin tarixi qayıdışı olmasaydı, Azərbaycanın müasir tarixi tamamilə başqa istiqamətdə cərəyan edərdi və bizim bu gün malik olduğumuz nailiyyətlər də, yəqin ki, tamamilə fərqli formada və başqa bir yolla əldə olunardı".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında vitse-spiker Əli Əhmədov səsləndirdi.
Deputat vurğuladı ki, Qurtuluş hadisəsi və Qurtuluş məfkurəsi Azərbaycanın yalnız keçmişi deyil, eyni zamanda həm bu günü, həm də gələcəyidir:
"Əldə etdiyimiz nailiyyətlərin hər biri, cənab Prezidentin dəfələrlə bildirdiyi kimi, Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun şəkildə həyata keçirilən siyasətin nəticəsidir. Bu mənada, artıq qeyd olunduğu kimi, Azərbaycanın möhtəşəm tarixi qələbəsi, Qarabağın azad olunması da mahiyyət etibarilə öz başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürür. Azərbaycan xalqı əmindir ki, Qurtuluş məfkurəsi bundan sonra da Azərbaycan xalqına xidmət edəcək. Ölkəmiz cənab Prezidentin rəhbərliyi altında bundan sonra da inkişaf yolunda inamla irəliləyəcək. Bütün nailiyyətlərdə bu və ya digər dərəcədə Qurtuluş məfkurəsinin elementləri özünü aydın şəkildə göstərəcək".
NURİYYƏ













