"Son 22 il ərzində Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artıb" - Vüqar Bayramov

 11:42 12.06.2026     265

"Son 22 il ərzində Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artıb. Eyni zamanda dövlət büdcəsinin gəlirləri onlarla dəfə yüksəlib, icmal büdcənin gəlirlərində də çox ciddi artım qeydə alınıb".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vüqar Bayramov bildirdi. O əlavə etdi ki, bu faktlar bir daha təsdiq edir ki, ümummilli lider tərəfindən əsası qoyulan iqtisadi siyasət sonrakı dövrdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib:

"Xüsusilə nəzərə alsaq ki, həmin dövrlə müqayisədə Azərbaycanın valyuta ehtiyatları 2 milyard dollardan 90 milyard dollara qədər yüksəlib. Bu gün Azərbaycan valyuta ehtiyatlarının xarici borca nisbətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir. Dördüncü çağırışdan etibarən Milli Məclisdə təmsil olunan bir deputat kimi xüsusilə qeyd etmək istəyirəm ki, bu gün ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, Qarabağın işğaldan azad edilməsi və ölkəmizin tam suverenliyinin təmin olunması ümummilli lider Heydər Əliyevin siyasi məktəbinin və Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyinin nəticəsidir. Bu gün Azərbaycanın tam bərpa olunmuş suverenliyinin ideya əsaslarının müəllifi ümummilli lider Heydər Əliyevdir. Tarixi Zəfər isə şanlı Ordumuzun, Ali Baş Komandanın və xalqımızın birliyinin nəticəsidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən