"Hərbi baxımdan İranı çökdürmək alınmadı, bunu hamı gördü" - Əziz Əlibəyli
ABŞ Prezidenti Donald Tramp və İran xarici işlər nazirinin sözçüsü İsmail Bəqai bildiriblər ki, Vaşinqton və Tehran razılaşıb. Ağ Ev rəhbəri qeyd edib ki, İran heç vaxt nüvə silahına sahib olmamaq haqqında razılığa gəlib.
İranın nüvə silahına sahib olmamağa razılaşması nə qədər real görünür və razılaşma olduğu halda zənginləşdirilmiş uran məsələsi necə olacaq?
Politoloq Əziz Əlibəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ-İran danışıqlarında açıq qalan məsələlər var:
"Zənginləşdirilmiş uran problemi var. İran deyir ki, zənginləşdirilmiş uran onlara enerji və tibbi məqsədlər üçün lazımdır, buna görə də artırmalıdırlar. Açığı, nüvə silahı məsələsində tam razılaşma ideal deyil. Əsas mübahisə zənginləşdirilmiş uran üzərindədir. Bu da yekun sazişə mane olur və qeyri-müəyyənlik yaradır. Bu proses çərçivəsində onlar nəyə razılaşıblar? Razılaşdırılan bir şey var. Məsələn, ABŞ tərəfi sanksiyaların yumşaldılmasına gedəcək və əvəzində Hörmüz boğazının açılmasına nail olacaq. Amma bu, yalnız Amerikanın təqdimatıdır".
Onun sözlərinə görə, ABŞ istəyir ki, Hörmüz boğazı açılsın və dünyada hazırda davam edən iqtisadi təminat qaydasına düşsün, maliyyə itkilərindən xilas olsun:
"ABŞ Hörmüz boğazını güc vasitəsilə aça bilmir. Bunu ancaq danışıqlar yolu ilə açmalıdır. Amma qarşılığında İrana nəsə verməlidir. Hərbi baxımdan İranı çökdürmək isə alınmadı, bunu hamı gördü".
Aytəkin TOFİQQIZI













