"Dünya Azərbaycanın ev sahibliyi təcrübəsini bəyənir" - Deputat

 13:18 18.06.2026     332

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib ki, müstəqil siyasət sayəsində biz beynəlxalq ictimaiyyətin dəstəyini qazandıq və dostlarımızın sayı ilbəil artır. Eyni zamanda dövlət başçısı qeyd edib ki, bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişik. 

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Azərbaycan öz dövlət müstəqilliyini səmərəli şəkildə reallaşdıran ölkələrdən biridir:

"Düşünülmüş daxili və xarici siyasət, eyni zamanda milli maraqlarımızın yüksək səviyyədə qorunması Azərbaycanın dövlətçiliyin bütün sahələrində uğurlar qazanmasına səbəb olur. Bunlardan biri də vaxtaşırı beynəlxalq tədbirlərə ev sahibliyi etməyimizdir. Dünya Azərbaycanın ev sahibliyi təcrübəsini bəyənir və bu da müxtəlif tədbirlərin keçirilməsi üçün əsas yaradır. Bu gün Bakıda keçirilən bu mühüm tədbir həm dünya təcrübəsinin Azərbaycan tərəfindən öyrənilməsində, həm də ikitərəfli əlaqələrin qurulmasında böyük rol oynayır. Cənab prezidentimizin şəxsən iştirakı, həmçinin geniş və hərtərəfli çıxışı tədbir iştirakçılarında böyük maraq doğurdu. Bundan sonra da Azərbaycan böyük tədbirlərə ev sahibliyi edəcək, öz dövlətçilik təcrübəsini bölüşəcək, regionda və dünyada sülhün, əmin-amanlığın təmin olunmasına öz töhfəsini verəcək".

Aytəkin TOFİQQIZI                                          

Vumart və Güvən reklamı Vumart Güvən