Kurtulmuş Azərbaycana gələcək
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 23-24 iyun 2026-cı il tarixlərində Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin 20-ci Konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə Redaktor.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bakıda keçiriləcək konfransda Kurtulmuşun bəşəriyyətin ortaq işi olan Fələstindən İsrailin bəşəriyyətə qarşı cinayətlərinə, İslam ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlığından müharibələr və böhranlar nəticəsində didərgin düşmüş milyonlarla insan üçün beynəlxalq həmrəyliyə çağırışa qədər müxtəlif mövzularda mesajlar verməsi gözlənilir. O, həmçinin iştirakçı ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
AYSEL













