İsveçrə danışıqları Yaxın Şərqdə sülh ümidlərini gücləndirir - ŞƏRH

 14:17 22.06.2026     256

"İsveçrədə keçirilən danışıqlarda Yaxın Şərq savaşının dayandırılması üzrə müəyyən irəliləyişlərin əldə olunması olduqca böyük əhəmiyyət daşıyır. Çünki Yaxın Şərqdəki savaş bütövlükdə dünya iqtisadiyyatını ağır zərbələr altında qoyur. Müəyyən sahələr üzrə artıq böhranın əlamətləri müşahidə olunmağa başlayıb. Ona görə də hesab etmək olar ki, həm 14 maddəlik müvəqqəti atəşkəs sazişi, həm də indi davam edən danışıqlar prosesində əldə olunan razılaşmalar böyük əhəmiyyət daşıyır və bu, dünya iqtisadiyyatına yönəlik təzyiqlərin aradan qalxması üçün başlanğıc rolunu oynaya bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli səsləndirdi.

Elçin Xalidbəyli: Forum qlobal müstəvidə Azərbaycanın önəmli və açıq  mesajlarını əks etdirir – ÖZƏL

Onun sözlərinə görə, irəliləyişin hansı səviyyədə olduğunu müəyyən etmək üçün onun məzmunu da məlum olmalıdır:

"Hələlik bu barədə dünya ictimaiyyətinə tam, detallı məlumatlar vermirlər. Hər iki tərəf məlumatların mümkün qədər qapalı qalmasını üstün tuturlar və bu prosesdə, təbii ki, Qətər və Pakistanın uğurlu vasitəçilik missiyası da qeyd olunmalıdır. Hər iki ölkə bu prosesdə pozitiv vasitəçilik örnəyi göstərməyi bacarır. Əgər belə davam edərsə, ümumi anlaşma, yəni yekun sülh sazişi ehtimalı arta bilər və prosesin elə eynilə pozitiv istiqamətdə davam etməsi önəmlidir. Əgər ziddiyyətlər dərinləşməzsə, qarşı duran tərəflər arasında mübahisəli mövzular daha qabarıq şəkildə ön plana keçməzsə, Yaxın Şərqdə sülh ehtimalı arta bilər. Yox, əgər qarşı duran tərəflər İranın nüvə proqramı ətrafındakı ziddiyyətli mövqelərini gərginlik predmetinə çevirərlərsə, o zaman situasiyanın yenidən problemli istiqamətlərə yönəlmə ehtimalı da yarana bilər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən