Rusiya Ukrayna ilə bağlı danışıqlarda cəbhə xəttində dayanmayacaq - Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda Rusiyanın cəbhə xəttini yekun sərhəd kimi qəbul etməyəcəyini bildirib.
Redaktor.az xəbər verir ki, nazir bu barədə "Primakov oxuları" forumunda çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə bağlı danışıqlar məsələsində heç kimə kor-koranə etibar etməyəcək.
Lavrov vurğulayıb ki, Moskva Ukrayna münaqişəsinin nizamlanması naminə müvəqqəti və aralıq xarakterli qərarlarla razılaşmayacaq, həmçinin kənardan diktə olunan ultimatumları qəbul etməyəcək.
NURİYYƏ













