"Krımın işğaldan azad edilməsi Rusiya ordusunun müqavimətini qıra bilər" - ŞƏRH

 17:37 24.06.2026     568

"Rusiya-Ukrayna müharibəsi yeni dövrə daxil olub. Məğlub olduğu deyilən Ukrayna müharibənin gedişində dönüş etməyi bacarır".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Azər Qasımov Rusiya və Ukrayna arasında müharibənin daha da gərginləşməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, müasir dron raket texnologiyalarının tətbiqi bu müharibənin gedişatını dəyişib:

"Ukrayna Rusiyaya təzyiqləri artırmaqla atəşkəsə razı salmaq istəyir. Amma məsələnin mahiyyəti başqadır. Nə Rusiya, nə də Ukrayna atəşkəsdə maraqlı deyil. Rusiya işğal etdiyi əraziləri genişləndirmək istəyir, Ukrayna isə Rusiyanı zəif yaxalamışkən bu üstünlüyünü Krımı işğaldan azad etməklə sonlandırmaq istəyir. Krımın işğaldan azad edilməsi Rusiya ordusunun müqavimətini qıra bilər. Hesab edirəm ki, bu müharibədə tərəflər arasında razılaşma üçün heç bir zəmin yoxdur. Yaxın vaxtlarda da olmayacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən