Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv EDİLDİ

 14:56 29.06.2026     434

Azərbaycan ilə Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələbindən azad edilir.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.

Qanunla 2026-cı il mayın 4-də Kito şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Vumart və Güvən reklamı Vumart Güvən