İlham Əliyev Venesuela Prezidentinə başsağlığı verdi

 17:16 30.06.2026     394

Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Delsi Rodriqesə başsağlığı məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Vumart və Güvən reklamı Vumart Güvən