"Avropada İlham Əliyevin apardığı siyasəti yüksək qiymətləndirirlər"

 16:01 02.07.2026     796

Məlum olduğu kimi, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizə səfər edib. Dövlət başçısı İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatla birlikdə çıxış ediblər. 

Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki,  Azərbaycan bu gün Avropanın təkcə enerji tərəfdaşı deyil, eyni zamanda ümumi maraqlar, dünyada əmin-amanlığın təmin edilməsi və mehriban qonşuluğun yaranması istiqamətində birgə fəaliyyət göstərən tərəfdaşdır:

"Münasibətlərimiz artıq çoxdan enerji təhlükəsizliyi məsələsindən daha geniş sahələri əhatə edir. Komissiya Prezidentinin Azərbaycana səfəri bu çərçivəni daha da genişləndirməyə, münasibətlərin daha da dərinləşməsinə xidmət edir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Prezidenti haqqında dediyi yüksək fikirlər onu göstərir ki, onlar Azərbaycanın, şəxsən cənab prezidentimizin apardığı siyasəti yüksək qiymətləndirirlər. Bu siyasət sülhün, əmin-amanlığın və tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Cənab rezidentimizin bu istiqamətdə xalqın dəstəyinə arxalanaraq apardığı siyasət bundan sonra da regionda sülhü daha da möhkəmləndirəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən