"Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil" - Fazil Mustafa

 17:48 03.07.2026     501

"Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin çox ciddi əsasları var".

Bunu Redaktor.az-a Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərini şərh edən deputat Fazil Mustafa bildirdi.

O qeyd etdi ki, bu münasibətlərdə, xüsusilə enerji və iqtisadi layihələrin həyata keçirilməsi baxımından Avropa İttifaqı Azərbaycanı çox əhəmiyyətli tərəfdaş kimi görür:

"Dəfələrlə buranı təmsil edən rəhbərlər səviyyəsində də bu etiraf olunub. İndi də, xüsusilə dünyada baş verən bu qlobal qarşıdurma və enerji resurslarının nəqlində müəyyən məhdudlaşmalar bütün qurumları axtarışa sövq edir. Onda Azərbaycan kimi bir ölkənin də əhəmiyyəti daha çox artmağa başlayır. O baxımdan da, bütövlükdə Avropa İttifaqının siyasi baxışlarında bəzən Azərbaycana qarşı təzyiq etmək, yaxud da Azərbaycanla bağlı müəyyən yanlış qərarların qəbul olunmasını görürük. Bu tendensiya aradan qalxmalıdır və Şarl Mişelin də səfərində, əslində, bu mahiyyət önə çıxmaqdadır. Hesab edirəm ki, Azərbaycan həm də özünün müəyyən mövqeyini, prinsipial mövqeyini onların diqqətinə hər dəfə çatdırmaqla göstərir ki, bizim üçün hansısa bir təzyiq dili ilə danışmaq mümkün deyil. Biz ancaq müəyyən münasibətləri və əlaqələri qarşılıqlı hörmət əsasında qururuq. Bu görüşdə də ölkə Prezidenti çox yüksək səviyyədə Azərbaycanın maraqlarını, mövqelərini onların diqqətinə çatdırdı. Məncə, bundan sonrakı əməkdaşlıq platformasında daha yeni bir baxış və yanaşma ortaya çıxa bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən