Paşinyanın Rusiyaya ilk səfərinin pərdəarxası: Məqsəd nədir?

 14:28 06.07.2026     510

"Ermənistanın Baş naziri Nikol Paşinyanın ilk səfərini Rusiyaya etməsi, hər şeydən öncə, Ermənistanın xarici siyasətində Rusiya ilə Avropa İttifaqı arasında müəyyən balans formalaşdırmağa hesablanıb. Çünki bir neçə gün əvvəl Ursula Fon der Lyayenin Ermənistana səfəri Rusiyanın siyasi elitasında müəyyən suallar yaratmışdı".

Bu fikirləri Redaktor.az-a millət vəkili Hikmət Babaoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərindən sonra ilk dəfə Rusiyaya işgüzar səfərindən danışarkən səsləndirdi.

Onun fikrincə, bu səfər olmasa belə, Ermənistanın Baş naziri yenə də ilk xarici səfərlərindən birini Rusiyaya edəcəkdi:

"Çünki seçkidən sonra formalaşmaqda olan yeni hökumətdə əvvəlki dövrdə Rusiya əleyhinə daha sərt mövqedən çıxış edən siyasi komanda üzvlərini Paşinyan bir növ komandadan kənarda saxlamağa çalışırdı. Bu isə müəyyən mənada Rusiyanın mümkün təzyiqlərindən həm özünü, həm də Ermənistanı qorumaq cəhdləri kimi qiymətləndirilməlidir. Əgər bunu bütövlükdə regional kontekstdə dəyərləndirsək, doğrudan da indiki şəraitdə Cənubi Qafqazda Rusiya ilə Ermənistan arasında əlavə gərginliyin yaranmasına ehtiyac yoxdur. Bu, ümumi maraqlar baxımından da o qədər məqsədəuyğun olmazdı".

Hikmət Babaoğlu: “Dövlətimizin imkanları var ki, həmin şəxsləri Azərbaycana  gətirsin” Pravda.az

Siyasətçinin sözlərinə görə, Paşinyan Rusiya ilə dialoq qurmağa çalışacaq, amma yenə də ənənəvi ikitərəfli siyasətini prioritet kimi saxlayacaq:

"Ermənistanın xarici siyasətində bir tərəfdən Qərb, digər tərəfdən isə Rusiya istiqaməti mövcuddur. Baş nazirin Rusiyaya səfəri də məhz bu iki istiqamət arasında tarazlıq yaratmağa, müəyyən mənada qızıl ortanı tapmağa hesablanmış addım kimi qiymətləndirilə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən