Ceyhun Bayramovdan delimitasiya prosesi ilə bağlı AÇIQLAMA

 10:09 09.07.2026     343

"Delimitasiya və demarkasiya ilə bağlı Azərbaycan və Ermənistan arasında iş gedir”.

Redaktor.az xəbər verir ki, bunu APA-nın sualına cavab olaraq, xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu istiqamətdə komissiyalar yaradılıb: “Bu iş mütəmadi davam etdirilir. Biz aparılan işin müsbət ilkin nəticələrinə şahid olmuşduq, 13 km-ə yaxın dövlət sərhəd xətti delimitasiya edilib".

Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, esklav kənd məsələləri öz həllini tapacaq”.

Vumart və Güvən reklamı Vumart Güvən