Cənubi Qafqaz niyə NATO-nun əsas gündəmi olmadı? - Deputat AÇIQLADI

 14:38 09.07.2026     517

"NATO-nun Zirvə görüşünün gündəliyi olduqca gərgin və həssas məsələləri əhatə edirdi. Buna görə də bir çox mövzuların müzakirəsi həm vaxt, həm də əsas gündəmə fokuslanma tələb edirdi. Mən düşünürəm ki, NATO üzvü olan ölkələr, o cümlədən Türkiyə, bu məqsədə böyük ölçüdə nail ola bildilər. Bunu görüşdən sonra qəbul edilən yekun bəyanatda altı mühüm istiqamət üzrə ortaq mövqenin təsdiqlənməsi də göstərir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirdi.

Onun sözlərinə görə, nə Ermənistanın, nə də Azərbaycanın NATO üzvü olmadığını nəzərə alsaq, sülh məsələsinin zirvə görüşünün əsas gündəliyində yer almaması təəccüb doğurmamalıdır.

"Bununla yanaşı, qardaş ölkə Türkiyə Prezidentinin verdiyi cavab düşünürəm ki, Ankaranın Cənubi Qafqazda oynadığı fəal rolun bundan sonra da davam edəcəyini göstərir. Bu isə bütövlükdə regionun maraqlarına xidmət edən yanaşmadır.

Hesab edirəm ki, Ermənistanda yeni hökumət tam formalaşdıqdan sonra Cənubi Qafqazda dialoq prosesinin yenidən fəallaşması mümkündür. Bu mərhələdə qardaş Türkiyənin də iştirakı ilə regional inteqrasiya prosesinin yeni və daha aktiv mərhələyə keçəcəyi gözlənilə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən