Türkmənistan Azərbaycandakı səfirliyi üçün yeni bina TİKƏCƏK

 18:10 10.07.2026     159

Türkmənistan Azərbaycandakı səfirliyi üçün yeni inzibati bina tikməyi planlaşdırır.

Redaktor.az “Turkmen Portal” nəşrinə istinadən xəbər verir ki, Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi səfirliyin yeni inzibati binasının tikintisi üçün beynəlxalq müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən tərəflərin müraciət və təkliflərinin Türkmənistanın Tikinti və Memarlıq Nazirliyinin Marketinq və Xarici İqtisadi Əlaqələr İdarəsində 19 avqust 2026-cı il tarixinədək qəbul edildiyi açıqlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən