"İlham Əliyev tam haqlıdır ki, ölkəmiz sürətlə inkişaf edir" - Asim Mollazadə
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib ki, Azərbaycan artıq orta səviyyəli gücə çevrilir.
Milli Məclisin deputatı Asim Mollazadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev tam haqlıdır ki, ölkəmiz sürətlə inkişaf edir:
"Qələbədən sonra Azərbaycan Silahlı Qüvvələri Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etmək üçün çox böyük işlər görüb. Azərbaycan iqtisadiyyatı artıb, şaxələnib. Bu da çox mühüm bir amildir. İlk növbədə, Azərbaycan xalqı öz birliyi nəticəsində dövlətin güclü olacağına inam nümayiş etdirib. Xalqın birliyi Azərbaycanın vahid iradəsini dünyaya çatdırmaq üçün çox böyük rol oynayıb".
Aytəkin TOFİQQIZI













