"Avropa rusofobiyaya yox, vətəndaşlarının rifahına diqqət yetirməlidir"
Finlandiyalı siyasətçi, "Azadlıq Alyansı" Partiyasının üzvü Armando Mema Avropa ölkələrini rusofobiyaya vaxt sərf etmək əvəzinə, öz vətəndaşlarının rifahını yaxşılaşdırmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Mema bəzi Avropa ölkələrinin rusiyalı və belaruslu idmançılara tətbiq edilən məhdudiyyətləri aradan qaldıran idman təşkilatlarının maliyyələşdirilməsinin dayandırılması ilə bağlı çağırışını şərh edərkən bunun "rusofobiyaya əsaslanan nifrət kampaniyasının" bir hissəsi olduğunu bildirib.
"Avropa sivilizasiyasının tarixdə nə vaxtsa bu qədər aşağı səviyyəyə endiyini xatırlamıram. Bu, böyük biabırçılığın növbəti nümunəsidir. İdman insanları birləşdirir və ümumbəşəri dəyərləri təşviq edir, amma burada, Avropada bunu unudublar", – deyə o vurğulayıb.
Xədicə BAXIŞLI













