Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı

 09:29 16.07.2026     247

İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb.

Bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən