Netanyahunun ABŞ səfərində hansı məsələlər müzakirə olunacaq? - ŞƏRH

 15:54 16.07.2026     450

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun sonlarında ABŞ-yə səfər edəcək. Qeyd olunur ki, Netanyahu səfər zamanı ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Netanyahunun ABŞ-yə səfəri zamanı regiondakı münaqişə məsələləri müzakirə olunacaq:

"Eyni zamanda, münaqişə ilə bağlı mövqelər ortaya qoyulacaq və bu mövqe bəllidir. Netanyahu geri çəkilmək istəmir. Ölkə rəsmiləri hansısa bir razılaşmaya gəlmək üçün çalışırlar. Digər tərəfdən isə Netanyahu müharibəni yenidən qızışdırır.

Regiondakı münaqişə məsələsi müzakirə olunacaq və eyni zamanda mənə elə gəlir ki, bu məsələnin digər görünməyən tərəfləri də var ki, biz onları, təbii ki, görə bilirik. Eyni zamanda, ABŞ və İsrail arasında münasibətlər, Trampla Netanyahunun arasındakı münasibətlər və digər bütün məsələlər müzakirə olunacaq. Amma hansısa bir ortaq kompromisə gəlmək ehtimalına mən o qədər də inanmıram. Netanyahunun məqsədi isə bəllidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən