Zelenski ABŞ-yə pul və silah istəmək üçün gedib - AÇIQLAMA
"Ukrayna ilə Rusiyanı müqayisə edəndə, Rusiya təbii ki, əhalisinə, hərbi potensialına, ordusunun gücünə, silahlarına görə Ukraynadan üç-dörd dəfə güclüdür. Bu zəifliyi Ukrayna üçün Amerika, Qərb və Avropanın köməyi əvəzləyir. Bunun nəticəsində müharibə artıq dörd il yarımdan da çoxdur, beş ilə yaxınlaşır, davam edir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfərindən danışarkən bildirdi.
Onun sözlərinə görə, zəif Ukrayna Amerikadan asılıdır:

"Ona görə də Ukrayna Amerikanın bütün dediyini həyata keçirir. Amerika Ukraynaya əmr etdi, Ukrayna da Xəzər dənizində İran gəmilərini vurdu. Bu, yalnız İsrailin və Amerikanın əmri ilə həyata keçirilir. Ukrayna Prezidenti Volodimir Zelenski Amerikadan onu neçə dəfə alçaltmalarına baxmayaraq, yenə ora gedib. Gedib ki, pul, silah istəsin, müharibə davam etsin. SSRİ dağılanda Ukraynanın əhalisi 48 milyon insan idi. İndi qalıb 21 milyon. Bu, Zelenski və onun ətrafının Qərbin əmri ilə yürütdüyü siyasətin nəticəsidir. Hələ ki, Rusiya Ukrayna ordusunu əzir. Həm Rusiyada, həm Ukraynada səfərbərlik elan etmək istəyirlər. Niyyət odur ki, müharibə davam etsin. Qərbdə bundan ləzzət alır".
Aytəkin TOFİQQIZI













