"Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şərh edilməsinə son qoyulmalıdır" - XİN

 11:55 28.07.2026     265

"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub".

Redaktor.az xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı sualı cavablayarkən deyib.

"Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır", - o bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən