"Qonşu dövlətləri bütün bəyanatlarında Azərbaycanla bağlı əvvəlki mövqelərində qalmasına çağırırıq" - Deputat

 16:51 28.07.2026     526

Məlumat verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır.

Qeyd edək ki, Mariya Zaxarova qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Dağlıq Qarabağ" ətrafındakı münaqişədə iştirakı mümkün deyildi, çünki hətta Ermənistanın özü də bu ərazini tanımırdı.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi, keçmiş "Dağlıq Qarabağ" problemi artıq həll edilib və bu, artıq tarixin bir hissəsidir.

Onun sözlərinə görə, təəssüf ki, hələ də Azərbaycandan kənarda bu məsələni tez-tez gündəmə gətirmək istəyi var:

"Hesab edirəm ki, Rusiya Xarici İşlər Nazirliyinin hansısa bir jurnalistin təxribatçı sualına cavab verərək vaxtaşırı həmin Azərbaycanın ərazisi barəsində fikir bildirmək qətiyyən düzgün deyil.

Ermənistan özü artıq bu məsələdə fikir bildirməkdən çəkinir. Ermənistan Azərbaycanla münasibətləri normal qonşuluq mərhələsinə salmaq üçün müxtəlif təkliflər irəli sürür. Azərbaycan etiraz etmir. Ancaq Ermənistan Konstitusiyasında ərazi bütövlüyümüzə iddia müddəası götürülməyincə münasibətlərimiz artıq sülh səviyyəsində ola bilməz. Qonşu dövlətləri isə bütün bəyanatlarında Azərbaycanla bağlı əvvəlki mövqelərində qalmasına çağırırıq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən