ABŞ-nin əsas məqsədi Ukraynada Rusiya ilə müharibənin bitməsidir - Tramp

 10:45 31.07.2026     210

ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah göndərməkdən daha çox Rusiya ilə müharibənin başa çatmasına və sülhün əldə olunmasına çalışdıqlarını bildirib.

Redaktor.az xəbər verir ki, Tramp “Financial Times” qəzetinə müsahibəsində deyib ki, ABŞ-nin əsas məqsədi Ukraynada Rusiya ilə müharibənin bitməsidir.

“Biz raket axtarmırıq. Biz sülh axtarırıq”, - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti daha əvvəl Ukraynaya Patriot zenit-raket sistemlərinin istehsalı üçün lisenziya verilməsi ilə bağlı qərarı təsdiqləməyə hələ hazır olmadığını bildirmişdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən