Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü oldu - YENİLƏNİB - FOTO

 15:27 06.08.2026     525

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andriy Sibiha ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının daha da gücləndirilməsi, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında məhsuldar müzakirələr aparılıb.

Tərəflər, həmçinin regional və beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

"Ölkələrimiz dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri ilə bağlıdır", – deyə Ceyhun Bayramov vurğulayıb.

***

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, Ceyhun Bayramov və Andriy Sibiha arasında təkbətək görüş keçirilir.

***

Ukraynanın xarici işlər naziri Andriy Sibiha Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu Ukrayna Xarici İşlər Nazirliyində qarşılayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər daha sonra Ukraynada istehsal olunan pilotsuz uçuş aparatlarının sərgisinə baxıb.

2222
Vumart və Güvən reklamı Vumart Güvən