Tramp 2028-ci il seçkiləri üçün varisini müəyyənləşdirdi – WP

 14:21 06.08.2026     208

ABŞ Prezidenti Donald Trampın 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi kimi hazırkı vitse-prezident Cey Di Vensi görmək istədiyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Tramp bu qərarı artıq qapalı görüşlərdə öz ətrafına açıqlayıb və Cey Di Vensin Respublikaçılar Partiyasında liderliyinin varisi olmasını məqsədəuyğun hesab edir.

Nəşrin yazdığına görə, Trampın donorlarla keçirdiyi görüşlərin məzmunundan xəbərdar olan müşavirlərdən biri prezidentin Vensi öz siyasi varisi kimi müəyyənləşdirdiyini bildirib.

Məqalədə qeyd olunur ki, ABŞ dövlət katibi Mark Rubio isə Tramp tərəfindən mümkün prezidentliyə namizəd kimi hallandırılsa da, 2028-ci il seçkiləri ilə bağlı müzakirələrdən yayınmağa çalışır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən