Paşinyan Aİİ-nin fəaliyyətini tənqid etdi

 11:12 07.08.2026     185

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyətini tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edən Paşinyan bildirib ki, Aİİ-nin əsas prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsidir. Lakin onun sözlərinə görə, praktikada bu prinsiplər tam şəkildə həyata keçirilmir və müəyyən məhdudiyyətlər ümumi bazarın tam fəaliyyətinə mane olur.

Baş nazir vurğulayıb ki, Ermənistan Aİİ-yə üzv bütün dövlətlərin təsərrüfat subyektləri üçün bərabər və ayrı-seçkiliyə yol verilməyən fəaliyyət şəraiti yaradır. O qeyd edib ki, İrəvan eyni yanaşmanın ittifaqın bütün ərazisində tətbiq edilməsinin tərəfdarıdır.

Paşinyan əlavə edib ki, Ermənistan hesab edir ki, Aİİ-yə üzv ölkələrin mal və xidmətlərinin ümumi bazara çıxışına təsir göstərə biləcək istənilən qərar yalnız ittifaqın hüquqi normalarına uyğun, razılaşdırılmış prosedurlar əsasında və səlahiyyətli qurumlar arasında konstruktiv dialoq çərçivəsində qəbul edilməlidir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən