Ukraynada enerji obyektlərinin qışa hazırlanmadığı etiraf EDİLDİ
Ukrayna Ali Radasının deputatı, parlamentin energetika və mənzil-kommunal xidmətləri komitəsinin sədr müavini Aleksey Kuçerenko ölkənin enerji obyektlərinin qarşıdan gələn qış mövsümünə lazımi səviyyədə qorunmadığını bildirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Onun sözlərinə görə, Kiyevin əsas istilik elektrik stansiyaları – TƏC-5, TƏC-6 və Darnitski TƏC üçün etibarlı mühafizə sığınacaqları yaradılmayıb. Deputat qeyd edib ki, hakimiyyət 2023-cü ildən etibarən enerji obyektlərinin tam qorunduğu barədə ictimaiyyətdə gözləntilər formalaşdırmağa çalışsa da, reallıqda bu istiqamətdə ciddi nəticə əldə olunmayıb.
Kuçerenko bu səbəbdən vətəndaşları psixoloji baxımdan çətin qış mövsümünə hazır olmağa çağırıb.
NURİYYƏ













