"Region sülhə məhkumdur" - Aydın Mirzəzadə

 12:36 10.08.2026     578

"8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması tarixi hadisə idi. Bu, eyni zamanda Azərbaycanın apardığı siyasətin, Ulu Öndər Heydər Əliyevin strateji dövlət quruculuğu kursunun, cənab Prezidentin siyasətinin uğuru idi. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını qəbul etməli oldu və Ermənistanın müəyyən dairələri Ermənistanın gələcəyinin məhz Azərbaycanla normal qonşuluq münasibətində olduğunu dərk etdilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi.

"Baxmayaraq ki, hələ sülh müqaviləsi imzalanmayıb, Azərbaycan indiyədək dəfələrlə Ermənistana yanacaq satıb. Azərbaycan ərazisindən keçməklə Ermənistana yüklərin keçirilməsinə şərait yaradıb və bütün bunların hamısı göstərir ki, region sülhə məhkumdur, region yaxşı qonşuluq münasibətləri üzərində öz gələcəyini qurmalıdır".

Millət vəkili Vaşinqton razılaşmasının 1 ilinin tam olması ilə əlaqəli Azərbaycan Prezidenti İlham Əliyev və Amerikalı həmkarı Donald Tramp arasında olan telefon danışığından da bəhs etdi:

"Cənab prezidentimizin ABŞ Prezidenti ilə 40 dəqiqəlik telefon zəngi, eyni zamanda, ona məktub ünvanlanması göstərdi ki, Azərbaycan ABŞ-nin bu məsələlərdə səylərini dəstəkləyir. ABŞ-nin Azərbaycanla xoş münasibətlərinə yüksək qiymət verir, özü də bu münasibətlərin yüksək səviyyədə olması üçün daima çalışır. Azərbaycanın düşünülmüş, beynəlxalq hüquqa uyğun olan xarici siyasət kursu həm Azərbaycanın, həm regionun uzunmüddətli sülh və əmin-amanlığına gətirib çıxaracaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən