ABŞ Hörmüz boğazına tam nəzarət edir? - Ekspertdən AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazına tam nəzarət edir.
Maraqlıdır, bəs ABŞ-nin Hörmüz boğazına tam nəzarət etməsi nə qədər realdır?
Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev qeyd etdi ki, ABŞ Prezidenti də, İran tərəfi də eyni iddianı irəli sürürlər:

"Hər iki tərəf Hörmüz boğazına nəzarət etdiyini bildirir. Amma faktiki olaraq Hörmüzdə ABŞ-nin fəaliyyəti son günlər daha da aktivləşib. Lakin tammiqyaslı nəzarəti sübut edəcək dəlillər mövcud deyil. İranın dəniz sərhədləri yaxınlığında biz hərdən ABŞ-nin pilotlu və pilotsuz aviasiyasını müşahidə edirik. Amma 100 faiz Hörmüz boğazının ABŞ-nin nəzarətində olmasına dair heç bir görüntülü sübutlar hələlik mövcud deyil. Məhdud sayda gəmilərin isə boğazdan keçdiyi faktdır".
Aytəkin TOFİQQIZI













