"Onlar imperiya təfəkküründən qurtula bilmirlər" - Deputatdan Mətbuat Şurasının bəyanatına DƏSTƏK
Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib.
Redaktor.az-a Mətbuat Şurasının bəyanatından danışan Milli Məclisin deputatı Asim Mollazadə qeyd etdi, bəyanatı tam haqlıdır və düzgün vəziyyəti qeyd edir.
Millət vəkili vurğuladı ki, Rusiya bu oyunları dayandırmalıdır, lakin dayandıra bilmirlər:
"Onlar imperiya təfəkküründən qurtula bilmirlər. Harasa, məsələn, Ukrayna kimi hərbi hücum edirlər, digər ölkələrə media hücumları edirlər, internetdən istifadə edərək təhqirdolu müxtəlif verilişlər hazırlayırlar. Bu, imperiyanın təfəkkürüdür və çox güman ki, imperiya sona gedib çıxır. Bu, onun bir növ aqoniyasıdır. Yaxın müddətdə biz bunun şahidi olacağıq".
Aytəkin TOFİQQIZI













