"Hörmüz boğazında gediş-gəliş sərbəst olmalıdır" - Samir Hümbətov

 17:12 18.08.2026     521

Məlumat verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsahibəsində bildirib ki, Hörmüz boğazından gəmilərin keçidi sərbəst və ödənişsiz olmalıdır.

Redaktor.az-a açıqlama verən politoloq Samir Hümbətov qeyd etdi ki, Hörmüz boğazı beynəlxalq sulardır və buradan ümumiyyətlə gəliş-gediş sərbəst olmalıdır:

"Məsələn, Hörmüz boğazını bağlasalar, gərək Malakka boğazını da bağlasınlar, desinlər ki, o da ödənişlidir. Eyni zamanda da digər bölgələrdə eyni qaydanı həyata keçirə bilərlər. Bu zaman isə beynəlxalq dəniz hüququ anlaşması pozulur. Belə olarsa, gərək Türkiyə də Bosfor boğazını bağlasın. Yəni bu, bir az çox qarışıq bir şeydir. Yəni Türkiyə də bağlaya bilər də, onda artıq beynəlxalq hüquqda bir insident yaranar. Türkiyə Prezidentinin söylədiyi fikir birbaşa beynəlxalq dəniz hüququnun qorunmasını hədəfləyən açıqlamaydı və məqsəd odur ki, uzunmüddətli dövrdə belə addımlar problemlər yaratmasın".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən