"Ermənistan xəritəsini qarşısına qoyub baxır və görür ki, bunlar onun əraziləri deyil" - Deputat

 11:37 21.08.2026     710

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, 1991-ci il xəritələrinə əsasən, Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi deyil. 

Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd etdi ki, bunlar anklavlardır:

"Biz tarixi ərazi olaraq bir çox yerlərin bizə aid olduğunu hər zaman söyləyirik. Amma tarixi iddia ilə sənəd üst-üstə düşmürsə, müasir dövrdə daha çox sənəd üzərində düşünülməlidir. Ona görə də Ermənistan da xəritəsini qarşısına qoyub baxır və görür ki, bunlar onun əraziləri deyil. O baxımdan da belə bir ifadə işlənir. Yəni, hər halda, bu məsələnin müzakirəsinə ehtiyac var. Ola bilsin ki, hansısa mövcud reallıqları, kommunikasiyaları nəzərə alaraq, müəyyən ərazilər üzərində müxtəlif danışıqlar aparıla bilər. Ona görə də bunu gələcəkdə həll etməliyik. Amma əsas məsələ böyük sülh müqaviləsinin bağlanmasıdır. Artıq bundan sonra daha rahat şəkildə münasibətlər qurular, gediş-gəliş olar və bunun əsasında ortada olan digər məsələləri, epizodları da həll etmək mümkün olar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən