ABŞ və İran danışıqlara qayıdacaq? - AÇIQLAMA 

 13:12 21.08.2026     435

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqlara qayıda bilərik.

Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi ki, ABŞ və İran arasında danışıqların davam etməsi əslində gözlənilən bir məsələdir:

"Çünki bunun başqa alternativi yoxdur. Ölkələr davamlı şəkildə müharibə etsələr də, nəticə etibarilə yenidən danışıqlar masasına qayıtmağa məcbur olurlar. Yaxşı variant danışıqlar masası ətrafında oturmaq və müəyyən məsələlər barədə razılığa gəlməkdir. Bu gedən proses də onu göstərir ki, iki dövlət danışıqlar yolu ilə müəyyən məsələləri həll edə bilirlər. Yəni, öz aralarında olan məsələləri danışıqlar vasitəsilə çözmək imkanları var. Belə olan halda düşünürəm ki, hansısa formada müharibə aparmaq nə ABŞ-yə, nə də İrana sərf edəcək variant deyil".

Onun fikrincə, danışıqlar davam etdirilməlidir:

"Yəqin ki, növbəti proses də Pakistanın vasitəçiliyi ilə həyata keçirilər və dövlətlər qaldıqları yerdən ümumi şəkildə prosesə davam edərlər, danışıqların aparılmasını davam etdirərlər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən