Prezident Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd ETDİ

 20:43 23.08.2026     358

Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Bir daha Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim. İlk yardım Özbəkistan tərəfindən göstərilib: Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi, Xankəndidə tikiş fabrikinə investisiyanın qoyulması. İlk iri sənaye müəssisəsi də yenə Özbəkistanla bağlıdır.

Vumart və Güvən reklamı Vumart Güvən