Mirziyoyev “Heydər Əliyev” ordeni ilə bağlı paylaşım ETDİ
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın ali ordeni olan "Heydər Əliyev" ordeni ilə, Azərbaycan Prezidenti İlham Əliyev isə Özbəkistanın "Ali Dərəcəli Dostluq" ordeni ilə təltif olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev öz rəsmi sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, bu qarşılıqlı təltifetmə iki qardaş ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinin göstəricisidir.













