İki ölkənin rəsmiləri belə anlaşdı - Hikmət Hacıyevdən maraqlı AÇIQLAMA
Özbəkistanda Azərbaycan Prezidentinin səfəri çərçivəsində keçirilən görüşlər zamanı iki ölkənin rəsmilərinin Azərbaycan və özbək dillərində ünsiyyət qurması diqqət çəkib.
Redaktor.az xəbər verir ki, görüşlər zamanı Azərbaycan və Özbəkistanın dövlət rəsmiləri ana dillərində danışaraq bir-birlərini rahat şəkildə anlayıblar. İki ölkənin nazirləri arasında aparılan söhbətlərdə də nə tərcüməçiyə ehtiyac yaranıb, nə də rus dilinə.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Özbəkistan dillərinin yaxınlığı ünsiyyəti asanlaşdırır.
“Azərbaycan və özbək dillərinin kombinasiyası ilə danışmağa çalışırıq”, - deyə Hikmət Hacıyev qeyd edib.
Qeyd edək ki, Azərbaycan və özbək dilləri türk dilləri ailəsinin oğuz və qıpçaq qruplarına daxil olan dillər kimi ortaq söz və ifadələr baxımından yaxınlıq təşkil edir. Bu dil yaxınlığı iki ölkənin nümayəndələri arasında birbaşa ünsiyyətin qurulmasına imkan verir.
Xədicə BAXIŞLI













