Zelenski Azərbaycana təşəkkür ETDİ

 23:46 26.08.2026     378

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Ukraynanı dəstəkləyən ölkələrə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib.

Ukrayna Prezidenti Argentina, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Avropa Şurası, Çexiya, Ekvador, Avropa İttifaqı, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İraq, İrlandiya, İsrail, İtaliya, İordaniya, Latviya, Litva, Lüksemburq, Moldova, Monteneqro, Şimali Makedoniya, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, ABŞ və Vyetnama minnətdarlığını bildirib.

"Ukraynanı qlobal diqqət mərkəzində saxladığınız üçün sizə minnətdaram. Hər bir dəstək jesti önəmlidir. Ölkəmizin müstəqilliyinin bərpasının 35-ci ildönümündə Ukraynanı və ukraynalıları düşündüyünüzü yüksək qiymətləndiririk", - deyə Zelenski yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən