Rusiyada anti-Azərbaycan təbliğatı niyə aparılır? – Deputatdan AÇIQLAMA

 12:14 28.08.2026     560

Dünən günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdirilib və bunu da sosial şəbəkədə yayıblar. Daha öncədə rus mediasında bizə qarşı qara piar aparılırdı.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən deputat Vüqar Bayramov bildirdi ki, Azərbaycan bütövlükdə regionda sülh və əməkdaşlıqda maraqlı olan dövlətdir:

"Eyni zamanda, təbii ki, qonşularla qarşılıqlı hörmət prinsipi əsasında əməkdaşlığın genişlənməsində və bütövlükdə regionda sabitliyin formalaşmasında maraqlıdır, bu istiqamətdə də dəstək nümayiş etdirir. Rusiyada, xüsusən də həm dünən baş verən hadisə, həm də bir sıra Rusiya mətbuat orqanlarının, eləcə də teleqram kanallarının Azərbaycan əleyhinə apardığı qərəzli kampaniyalar təbii ki, təəssüf doğurur. Çünki Azərbaycan bütövlükdə regionda sülhə və əməkdaşlığa töhfə verən ölkədir. Azərbaycan praktiki olaraq çoxvektorlu xarici siyasəti ilə həm qonşular, həm də Avropa və Asiyada yerləşən digər dövlətlərlə müstəqil və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmağa çalışır, bu istiqamətdə də mövqeyini hər zaman nümayiş etdirir. Əlbəttə, bu hadisə təəssüfedicidir və pislənilməlidir. Bütün hallarda, xüsusən də nəzərə alsaq ki, Rusiya bölgənin aparıcı dövlətlərindən biridir, Rusiya qonşuları ilə, xüsusən də postsovet məkanında yerləşən dövlətlərlə münasibətlərini qarşılıqlı faydaya, hər bir ölkənin müstəqilliyinə və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq qurmalıdır. Hər halda, Rusiya tərəfinin bu məsələyə rəsmi münasibət bildirməsi və belə halların qarşısının alınması istiqamətində fəaliyyət göstərməsi çox vacibdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən