"Sülh üçün Ermənistanın böyükləri ilə danışmalıyıq" - Deputatdan AÇIQLAMA
İlham Əliyev Qazaxıstanda işgüzar səfərdədir. Səfər çərçivəsində İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Redaktor.az-a görüşü şərh edən Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin sözlərinə görə, prezidentin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılması təqdirəlayiq haldır və dövlətimizin maraqlarına cavab verir:
"Bizim bu təşkilata üzvlüyümüz təhlükəsizliyimizə və iqtisadi inkişafımıza töhfə verən böyük hadisə olardı. Paşinyanla görüş özlüyündə müsbət hadisə olsa da, Ermənistanın müstəqil qərar qəbul etmək imkanının olmadığını nəzərə alsaq, görüşdən ciddi nəticələr gözləmirəm. Sülh üçün Ermənistanın böyükləri, regionun böyük dövlətləri ilə danışmalıyıq, yoxsa 30 il də sülh sazişinin imzalanması barədə danışıqlar aparacağıq".
Aytəkin TOFİQQIZI













