“Millətlərarası münasibətləri qızışdıranlar düşmən təxribatlarıdır” – Konfliktoloq

 17:23 31.08.2026     378

"Rusiya ilə Azərbaycan arasında dövlət səviyyəsində, yəni ölkə rəhbərləri səviyyəsində münasibətlər normaldır, yaxşı məcrada davam edir. Mənə elə gəlir ki, elə bunu bütün sahələrdə davam etdirmək lazımdır".

Bu fikirləri Redaktor.az-a rus xalqının Azərbaycana olan qəzəbindən bəhs edən konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi. O əlavə etdi ki, Rusiya böyük bir dövlətdir və eyni zamanda bizim qonşumuzdur:

"Bizim də iqtisadi əlaqələrimiz kifayət qədərdir. Eyni zamanda, Rusiyada neçə milyon azərbaycanlımız gedib işləyir. Oradan öz ölkəmizə valyuta daxil olur. Bütün bunları nəzərə alaraq deyə bilərik, belə qənaətə gələrəm ki, biz münasibətləri korlamamalıyıq. İndi, yenə deyirəm, Rusiya böyük dövlətdir və həm də böyük qonşumuzdur. Bizim də kifayət qədər mənfəətimiz var Rusiyadan. Ona görə münasibətlərin korlanmasına imkan vermək olmaz. Həmçinin biz, məsələn, ən çox kənd təsərrüfatı məhsulları istehsal edib xaricə ixrac edirik. Bizim kənd təsərrüfatı, meyvə-tərəvəz məhsullarımızın, demək olar ki, böyük hissəsini, hardasa 80-90 faizini iqtisadçılar daha dəqiq bilərlər, Rusiyaya ixrac edirik. Əgər münasibətlər korlansa və bu ticarət dövriyyəsi, əlaqələr kəsilsə, onda təsəvvür eləyin ki, nə vəziyyət yarana bilər. Həmçinin oradakı, yenə deyirəm, azərbaycanlıları və millətlərarası münasibətləri qızışdıranlar, heç şübhəsiz ki, düşmən dəyirmanına su tökənlərdir və elə düşmən təxribatlarıdır. Dövlət başçıları səviyyəsində münasibətlər yaxşıdır. Hər bir anda hiss olunur və davam etdirilir. Hər iki dövlət başçısı müdrik insanlardır və mənə elə gəlir ki, dövlət başçıları münasibətlərin kəskinləşməsinə, gərginləşməsinə imkan verməyəcəklər. Çünki bizim, yenə deyirəm, hər şeydən öncə dövlətin marağı gəlir və dövlətin marağını nəzərə alaraq münasibətləri normal şəkildə davam etdirmək lazımdır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən